Bakıda fəhlə 13-cü mərtəbədən yıxılaraq ölüb – YENİLƏNİBbackend

Bakıda fəhlə 13-cü mərtəbədən yıxılaraq ölüb – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhəri, Nərimanov rayonunda fəhlənin ölümü hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 222.3-cü (Tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Bu barədə İnterPress.az -a Nərimanov Rayon Prokurorluğundan məlumat verilib.

Qeyd edilib ki, hazırda günahkar şəxslərin müəyyənləşdirilməsi və məsuliyyətə cəlb edilməsi üçün zəruri istintaq tədbirləri həyata keçirilir.

*** 21 aprel, saat 18:29

Bakıda fəhlə çoxmərtəbəli binadan yıxılaraq ölüb.

İnterPress.az xəbər verir ki, hadisə Nərimanov rayonu, Mövsüm Sənani küçəsi 63 ünvanında baş verib.

Həmin ünvanda inşa edilməkdə olan yeni binada çalışan 55 yaşlı Elçin Əliyev iş prosesi zamanı 13-cü mərtəbədən yıxılaraq ölüb.(report)

İnterPress.az