Həkim: “İt dişləyən uşağın yaraları kifayət qədər dərin və böyük idi”backend

Həkim: “İt dişləyən uşağın yaraları kifayət qədər dərin və böyük idi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə “Report”a açıqlamasında KTM-in həkimi Qənirə Əhmədova məlumat verib.

Onun sözlərinə görə, hazırda uşağın vəziyyəti stabil və kafidir: “Toxuma çatışmazlığı var idi, yaraları kifayət qədər dərin və böyük idi. Əməliyyat olundu və üzündə problem qalmayacaq. Müalicəsi davam edir və palataya köçürülüb. Bütün peyvəndləri vurulub, sabaha da daha bir vaksin vurulacaq. Sxem üzrə bütün müalicə üsulları tətbiq edilir. Tikişləri sökülənə qədər xəstəxanada qalacaq”.

İnterPress.az