Bakıda zəncirvari qəzabackend

Bakıda zəncirvari qəza

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, üç avtomobil – “Toyota Prado” və iki “Mercedes” markalı avtomobil toqquşub.

İlkin məlumata görə, “Toyota Prado” markalı avtomobil qarşısında hərəkətdə olan “Mercedes” markalı avtomobilə çırpılıb. Ondan arxada hərəkətdə olan “Mercedes 190” markalı avtomobil isə “Prado”ya dəyib.

Hadisə nəticəsində ölən və yaralananların olmadığı bildirilsə də, avtomobillərə ciddi maddi ziyan dəyib.

Bundan başqa, həmin yolda “Chevrolet Niva” markalı avtomobil yaranmış texniki nasazlıq səbəbindən yolda ciddi sıxlıq yaşanmasına səbəb olub.

Qeyd edək ki, hadisənin fotoları sosial şəbəkə istifadəçiləri tərəfindən paylaşılıb.

İnterPress.az