Qazaxlılar ağı qaradan seçməyi yaxşı bacarır -FOTOLARbackend

Qazaxlılar ağı qaradan seçməyi yaxşı bacarır -FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün respublikamızda həyata keçirilən sosial-iqtisadi islahatlar fonunda paytaxt Bakı ilə yanaşı ölkənin regionlarının da inkişafına şahidlik etməkdəyik. Artıq elə rayonlarımız var ki, onlar infrostruktur və sosial layihələrin həyata keçirilməsi baxımından əyalət guşəsi olmaqdan çıxaraq Azərbaycanın ən görməli məkanlarından birinə çevrilib. Bu baxımdan Qazax rayonu xüsusilə fərqlənir.

Özünün xüsusi ənənələri olan Qazax hazırda dinamik tərəqqi dövrünü yaşayır. Rəcəb Babaşovun rayona rəhbər təyinatından sonra isə Qazax sözün müsbət mənasında dəyişmiş, ard-arda reallaşdırılan sosial-iqtisadi layihələr nəticəsində təmsil etdiyi bölgənin seçilən məntəqəsinə çevrilmişdir. Əhalinin məşğulluq probleminin həlli, sahibkarlığa dəstək verilməsi, aztəminatlı ailələrin xüsusi diqqətdə saxlanması və s. Qazax RİH başçısı Rəcəb Babaşovun xüsusi önəm verdiyi, həssaslıqla yanaşdığı mövzulardır. Görünür, elə bunun nəticəsidir ki, Rəcəb Babaşov bu gün bütün qazaxlıların dəstəyini hiss edir, rayon ictimaiyyəti tərəfindən təkcə rəhbər şəxs kimi yox, həm də İNSAN olaraq sevilir.

Qazax indi həm də mühüm respublika səviyyəli tədbirin uğurla həyata keçirilməsində əhəmiyyətli rayona çevrilib. Söhbət Prezidenti İlham Əliyevin 28 yanvar 2019-cu il tarixli sərəncamına əsasən Xalq yazıçısı İsmayıl Qəhrəman oğlu Şıxlının anadan olmasının 100 illik yubileyinin respublika səviyyəsində keçirilməsi ilə bağlı imzalanmış sərəncamdan irəli gələn vəzifələrdən gedir. Qeyd edək ki, bu gün hər bir qazaxlı həmin sərəncamı sonsuz minnətdarlıq hissi ilə qarşılayır. Rayon ictimaiyyəti bunu ölkə başçısının öz ziyalısına, görkəmli şəxsiyyətlərinə, ən əsası da qazaxlılara verilən yüksək dəyər kimi qiymətləndirir.

Məlumat üçün bildirək ki, hazırda həmin ali sərəncama əsasən Xalq yazıçısının doğulub boya-başa çatdığı Qazaxda da 100 illik yubiley tədbirinin yüksək səviyyədə keçirilməsi üçün xüsusi hazırlıq işləri görülür. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən görkəmli şəxsiyyət İsmayıl Şıxlının 100 illik yubiley tədbirinin yüksək səviyyədə təşkil olunması ilə bağlı 15 fevral 2019-cu il tarixli 9-21/34 nömrəli sərəncamın imzalanması, həmin sərəncamla rayonun sayılıb-seçilən ziyalılarından ibarət işçi qrupunun yaradılması bu dediklərimizin əyani sübutudur. Həmçinin, yubiley tədbirinin yüksək səviyyədə təşkili ilə bağlı 14 fevral, 13 mart və 8 aprel 2019-cu il tarixlərində rayon ziyalılarının, ağsaqqallarının, Xalq yazıçısının yaxınlarının iştirakı ilə geniş tərkibdə müşavirələrin keçirilməsi bu istiqamətdə görülən işlərin uğurla davam etdirilməsi deməkdir.

Bir müddət öncə isə tədbirlər planına əsasən Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi münasibətilə Qazax Rayon İcra Hakimiyyəti tərəfindən meyvə bağı salınıb. İkinci Şıxlı kəndində \”Ağalıq düzü” deyilən və Xalq yazıçısının babalarının yurd yeri olan ərazidə alma və ərik ağacları əkilib. Salınan bu bağ İkinci Şıxlıların, eləcə də rayon sakinlərinin görkəmli şəxsiyyətə verdiyi böyük dəyərdir.

Rayon rəhbəri yubiley tədbirinin Qazaxda yüksək səviyyədə qeyd olunması üçün İsmayıl Şıxlının adını daşıyan və açılışını 2007-ci ildə prezident İlham Əliyevin etdiyi parkda yenidənqurma işlərinə də böyük diqqət ayırıb. Təqdim etdiyimiz fotolardan da göründüyü kimi adıçəkilən parkda nəzərəçarpacaq təmir-tikinti işləri aparılmış, bura sakinlərin mədəni istirahətini keçirəcəkləri nümunəvi bir məkana çevrilmişdir.

Amma təəssüf doğuran hal odur ki, sanki hansısa qərəzli və xüsusi məqsədlər güdən qrup Qazax RİH başçısı Rəcəb Babaşovun uğurlu fəaliyyətinə kölgə salmaq, müxtəlif qərəzli fikir və açıqlamalarla həyata keçirilən böyük işləri kiçiltməyə uğursuz cəhdlər edir. Həmin qrupun virtual rəhbərlərindən biri isə vəkillik fəaliyyətindən daha çox, su bulandırıb, balıq tutmaq azarı ilə tanınmış Aslan İsmayılovdur. Heç bir fakt və dəlil göstərmədən Qazax rayonunda aparılan müsbət işlərə kölgə salmağa çalışan bu şəxs unudur ki, qazaxlılar onların dərdinə yananı da tanıyır, qıraqdan özünü yalandan canıyanan kimi göstərənləri də. Hər bir qazaxlı Rəcəb Babaşovun gəlişindən sonra rayonda hansı işlərin görüldüyündən xəbərdardır. Bu baxımdan qazaxlıların Aslan İsmayılovun “tərcüməçiliyinə”, qərəz nümayişi olan rəy və mülahizələrinə ehtiyacları yoxdur.

Sən axı kimsən, Aslan ismayılov?

Bu adam Qazaxda doğulsa da Qazaxa aidiyyatı yoxdur. Onun uşaqlığı və bütün şüurlu həyatı Gürcüstanla bağlı olub. Həm də maraqlıdır, Aslan İsmayılovun neçə illər başı nəyə qarışmışdı ki, Qazaxın “təəssübünü çəkmək” indi yadına düşdü? Görünür, bu “yaddaş qayıtmasının” özəl səbəbləri yox deyil. Biz həmin səbəblərə toxunmadan yalnız onu bildirmək istərdik ki, Aslan İsmayılovun bioqrafiyası ilə tanışlıq onun şəxsiyyətindəki ikiləşməni, \”hərşeyşünaslıq” həvəsini, özünün də nə istədiyini bilməməyini gözlər önünə sərir. Adam hərbi xidmətdə olmayıb, amma bu ona hərbi ekspert kimi danışmağa mane olmur. Ömrü boyu 5 adamı idarə etməyib, amma yenə bu ona özünün siyasət və idarəçilik bilicisi kimi təqdim etməyə əngəl yaratmır.
Amma unudulmamalıdır ki, qazaxlılar ağı qaradan seçməyi yaxşı bacarır. Onların Qazax RİH başçısı Rəcəb Babaşovun ətrafında sıx birləşməsi də məhz həmin seçimin nəticəsidir.

Toğrul Alahverdili
Bakı-Qazax-Bakı

Qazaxlılar ağı qaradan seçməyi yaxşı bacarır -FOTOLAR

Qazaxlılar ağı qaradan seçməyi yaxşı bacarır -FOTOLAR

Qazaxlılar ağı qaradan seçməyi yaxşı bacarır -FOTOLAR

Qazaxlılar ağı qaradan seçməyi yaxşı bacarır -FOTOLAR

Qazaxlılar ağı qaradan seçməyi yaxşı bacarır -FOTOLAR

Qazaxlılar ağı qaradan seçməyi yaxşı bacarır -FOTOLAR

Qazaxlılar ağı qaradan seçməyi yaxşı bacarır -FOTOLAR

Qazaxlılar ağı qaradan seçməyi yaxşı bacarır -FOTOLAR

Qazaxlılar ağı qaradan seçməyi yaxşı bacarır -FOTOLAR

Qazaxlılar ağı qaradan seçməyi yaxşı bacarır -FOTOLAR

Qazaxlılar ağı qaradan seçməyi yaxşı bacarır -FOTOLAR

Qazaxlılar ağı qaradan seçməyi yaxşı bacarır -FOTOLAR

Qazaxlılar ağı qaradan seçməyi yaxşı bacarır -FOTOLAR

Qazaxlılar ağı qaradan seçməyi yaxşı bacarır -FOTOLAR

İnterPress.az