“Səbail” – “Qəbələ” oyununu FIFA referisi idarə edəcəkbackend

“Səbail” – “Qəbələ” oyununu FIFA referisi idarə edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, FIFA referilərindən yalnız birinə – Əliyar Ağayevə təyinat verilib.

O, “Səbail” – “Qəbələ” matçını idarə edəcək. Rəhim Həsənovla Rauf Cabbarov isə növbəti dəfə kənarda qalıb.

27 aprel (şənbə)

16:30. “Zirə” – “Qarabağ”

Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Rövşən Rəcəbov

Hakim-inspektor: Kərim Ağayev

AFFA nümayəndəsi: Seymur Səlimli

Zirə İdman Kompleksinin stadionu

17:00. “Sabah” – “Keşlə”

Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Əli Cəbrayılov, Elçin Məsiyev

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Asif Əliyev

“Əlincə Arena”

17:30. “Səbail” – “Qəbələ”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

“ASCO Arena”

19:00. “Neftçi” – “Sumqayıt”

Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Rahil Ramazanov, Vüqar Həsənli

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Şaiq Həmidov

“Bakcell Arena”

Qeyd edək ki, FIFA referilərindən heç biri bu gün keçiriləcək Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunlarına təyinat almayıb.

İnterPress.az