Rusiya Ermənistana yeni nəsil qırıcılar göndərirbackend

Rusiya Ermənistana yeni nəsil qırıcılar göndərir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırıcıların hazırda bazada olan “MiQ-29” təyyarələrini əvəzləyəcəyi bildirilir. Ümumilikdə 18 ədəd “Su-30CM” qırıcısının tədarükü planlaşdırılır.

Bu barədə TASS Rusiyanın Müdafiə Nazirliyindən olan mənbəyə istinadən məlumat yayıb.

Aviabazanın “Su-30 CM” qırıcıları ilə tədarükü iki mərhələli şəkildə 2020-2021-ci illərdə gerçəkləşdiriləcək.

Hazırda aviabazada pilotların təhkim olunduğu 18 ədəd “MiQ-29” qırıcısının hər birinin “Su-30CM” qırıcısı ilə əvəzlənəcəyi bildirilir.

İnterPress.az