Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Diaspor Gənclərinin II Yay düşərgəsində iştirak üçün 44 ölkədən 352 nəfər müraciət edib

Şamaxıda keçiriləcək “Nəsimi 650” Azərbaycan Diaspor Gənclərinin II Yay Düşərgəsində iştirak üçün müraciət müddəti başa çatıb.

Dərc edilib: 23 aprel 2019 [12:49]
Baxış sayı: 4290

Bu barədə İnterPress.az-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Düşərgədə iştirak etmək üçün 44 ölkədən 352 gəncin müraciəti qeydə alınıb.

“Artıq gənclərlə müsahibə müddəti başlayır”, deyə Dövlət Komitəsindən bildirilib.

Qeyd edək ki, Azərbaycan Diaspor Gənclərinin II Yay Düşərgəsi 8-14 Iyul tarixində keçiriləcək. Layihənin məqsədi dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gəncləri vahid platforma ətrafında bir araya gətirmək və Azərbaycanla daha yaxından tanış etməkdir. Düşərgə İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunur.

İnterPress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 165