Filippində zəlzələdə həlak olanların sayı artıbbackend

Filippində zəlzələdə həlak olanların sayı artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az TASS-a istinadən xəbər verir ki, bu barədə Milli Fəlakətlər Risqini Azaltmaq və İdarəetmək Şurası məlumat yayıb.

Bildirilib ki, adanın orta bölgəsindəki Pampanqa və Zambales əyalətlərində təbii fəlakət nəticəsində 81 nəfərin zərər çəkib, daha 14 nəfər itkin düşüb.

Xatırladaq ki, aprelin 22-də Luson adasında baş verən və paytaxt Manilada da hiss olunan 6,2 maqnitudalı zəlzələ nəticəsində binalara və yollara ziyan dəyib, bəzi tikililərdə isə çatlar əmələ gəlib.

Bu gün isə Samar adasında 6,5 maqnitudalı daha bir zəlzələ baş verib. ABŞ Geologiya Xidmətinin açıqlamasına görə, mərkəz ocağının San Xuan şəhəri yaxınlığında 10 kilometrlik dərinlikdə yerləşdiyi zəlzələdə ölən və ya xəsarət alanlar haqqında məlumat daxil olmayıb.

İnterPress.az