Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



ABŞ Federal Təhqiqatlar Bürosu Hitlerin Argentinaya qaçması ehtimalını araşdırıb

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) 1945-ci ildə Adolf Hitlerin Argentinaya qaçması ehtimalını araşdırıb.

Dərc edilib: 23 aprel 2019 [14:16]
Baxış sayı: 6918

İnterPress.az xəbər verir ki, bu barədə gizliliyi yeni ləğv edilərək FTB-nın saytında yerləşdirilən sənədlərə görə, Almaniyanın nasist diktatorunun sualtı qayıqla Argentinaya gedib yerli hökumətin yüksək rütbəli rəsmilərinin köməyi ilə bu ölkənin ucqar cənub bölgəsində, dağların qoynunda özünə sığınacaq tapmaq istəyi məlum olub. O zamankı qeyddə məşhur bığlarını qırxan nasist liderin astom və xoralardan əziyyət çəkdiyi də göstərilir.

1945-ci il 21 oktyabr tarixli sənədə görə, Hitlerdən başqa, Üçüncü Reyxstaqın yüksək vəzifəli daha 50 nəfəri də qaçıb gizləndiyi məlum olub. Həmin hadisələrin 1945-ci il mayın 9-da Berlinin təslim olunmasından iki həftə sonra baş verdiyi ehtimalı irəli sürülür.

Məxfi məlumatların çatdırıldığı FTB-nin ilk direktoru Edqar Huverdən başqa, onlardan xəbərdar olan hərbi kəşfiyyat bu araşdırmanı natamam hesab edərək, o vaxt Hitleri axtarmamaq qərarına gəlibmiş.

İnterPress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 162