Qaxda avtomobil yanıbbackend

Qaxda avtomobil yanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın məlumatına görə, hadisə bugün rayonun Fısdıqlı kəndində baş verib.

Belə ki, kənd sakini, 1954-cü il təvəllüdlü Məhəmməd Şükür oğlu Sadıqova məxsus 34-BC-322 dövlət qeydiyyat nişanlı \”QAZ-24\” markalı xırdatutumlu yük avtomobili hərəkətdə olarkən anidən alışıb.

Hadisə yerinə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub. Yanğın nəticəsində avtomobilin mühərrik və salonu yanaraq yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.(report)

İnterPress.az