Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



“Mine Mark” Fondunun nümayəndələri Diasporla İş üzrə Dövlət Komitəsində olub

Niderland Krallığının Haaqa şəhərində yerləşən və qeyri hökumət təşkilatı olan “Mine Mark” Fondunun nümayəndə heyəti aprelin 23-də Diasporla İş üzrə Dövlət Komitəsində olub.

Dərc edilib: 24 aprel 2019 [00:00]
Baxış sayı: 7660

İnterPress.az xəbər verir ki, nümayəndə heyətinə Fondun həmtəsisçiləri Lalə Mustafazadə - Van der Kolk, Nils Hegel, ictimaiyyətlə əlaqələr meneceri İlaria Vallini və maliyyə və strategiya meneceri Aleksandr Zrdavkovski daxil olub.

Komitənin Aparat rəhbəri Daşqın Rəcəbli bildirib ki, dünyanın hər yerində, o cümlədən münaqişə zonalarında da azərbaycanlılar yaşayır və biz onların hər biri ilə bağlı məsuliyyət hiss edirik. Bu mənada sizin Fondla ortaq layihələr həyata keçirmək bizim üçün də maraqlıdır.

Aparat rəhbəri Qarabağ müharibəsi başlayan gündən onlarla azərbaycanlı uşağın həlak olduğunu diqqətə çatdırıb.

Bildirilib ki, 2018-ci ildə təsis edilmi Fond uşaqları, gəncləri minalardan, partlayıcı döyüş sursatlarından qorumaq məqsədi ilə layihələr həyata keçirir. “Mine Mark” Fondu eyni zamanda mina təhlükəsizliyi üzrə təhsil layihəsinin də əsasını qoyub.

Görüşdə Fondun kitabları, oyunları, videoları özündə birləşdirən online platforması barədə ətraflı məlumat verilib.

Qonaqlar bu günlərdə Cocuq Mərcanlıya səfər edərək, orada yaşayan uşaqlarla tanış olacaqlarını bildiriblər. Məqsəd həm müharibə görmüş azərbaycanlı uşaqlarla xaricdə yaşayan uşaqlar arasında körpü qurmaq, həm də bu yolla Qarabağ problemi barədə informasiyanın dünyada yayılmasına dəstək verməkdi.

İnterPress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 123