Dünya fond bazarlarında əsas indeks göstəriciləri yüksəlibbackend

Dünya fond bazarlarında əsas indeks göstəriciləri yüksəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın məlumatına görə, Avropa fond bazarlarında aprelin 23-də FTSE 100 indeksi 0,85% – 7 523,07 bəndədək, Fransa CAC-40 0,20% – 5 591,69 bəndədək, Almaniya DAX-ı isə 0,11% – 12 235,51 bəndədək yüksəlib.

Aprelin 23-də COMEX-də hərraclarda qızılın unsiyasının qiyməti 0,9 dollar azalaraq 1 276,70 dollar olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 0,11% azalaraq 1,1214 dollar təşkil edib.

İnterPress.az