İşıqfor işləmədi, iki maşın toqquşdu: altı yaralı – VİDEObackend

İşıqfor işləmədi, iki maşın toqquşdu: altı yaralı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, hadisə zamanı “Lada Priora” və “Mercedes” markalı avtomobillər toqquşub.

Yaralılar dərhal 1 və 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Qəza nəticəsində “Lada”nın sürücüsü, 1986-cı il təvəllüdlü Nəsibov Kamran Cavad oğlu və sərnişinlər – 1979-cu il təvəüllüdlü Anatorseva Yuliya və 1996-cı il təvəllüdlü Filfilovna Valentine Vitalyevna yaralanıb.

Qəzada iştirak edən “Mercedes” markalı avtomobilin sürücüsü – 1990-cı il təvəllüdlü Səfərov Əziz Habil oğlu və sərnişinlər – 1991-ci il təvəllüdlü Əliyev Əkbər Kitabulla oğlu və Elmar adlı şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

İlkin məlumata görə, hadisəyə ərazidə yeni quraşdırılan işıqforların işləməməsi və yüksək sürət səbəb olub.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

İnterPress.az