Azərbaycanda ötən il 3 mln. tona yaxın tullantı əmələ gəlibbackend

Azərbaycanda ötən il 3 mln. tona yaxın tullantı əmələ gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən il yaranmış 1 756,1 min ton bərk məişət tullantılarının 31,2%-i enerji əldə edilməsi məqsədilə istifadə olunub.

Məişət tullantılarından istifadə hesabına 162,2 mln. kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da 2018-ci ildə alternativ enerji mənbələri üzrə istehsal olunmuş elektrik enerjisinin 51%-ni təşkil edib.

Sənayedə və iqtisadiyyatın digər sahələrində təkrar xammal və istehsal tullantıları ehtiyatlarının 27,7%-i istifadə edilib, 16,2%-i ölkə daxilində satılıb, 0,9%-i ixrac olunub, 12,4%-i zibilxanalara atılıb, 42,8%-i isə müəssisələrdə qalıb.

Müəssisələrin istehsal fəaliyyəti nəticəsində 338,7 min ton və ya əvvəlki illə müqayisədə 27,3% çox təhlükəli tullantı yaranıb və tullantıların ümumi miqdarında onların payı 11,7% olub. Əvvəlki illərdə yaranan qalıqlar da daxil olmaqla, ötən il 64,2 min ton təhlükəli tullantı tamamilə zərərsizləşdirilib. Tullantıların 49,9%-i mədənçıxarma sənayesi müəssisələrində yaranıb və onların böyük hissəsi Bakı şəhərində yerləşən müəssisələrin payına düşüb.

İnterPress.az