Tarixdə bu günbackend

Tarixdə bu gün

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1258 – Hülakü xan Bağdadı mühasirəyə alıb.

1654 – Rus İmperiyası Ukraynanı işğal edib.

1689 – fransız filosof Şarl Lui Monteskyö anadan olub.

1778 – İngilis səyyah Ceyms Kuk Havay adalarını kəşf edib.

1825 – Moskvada \”Bolşoy Teatr\” açılıb.

1871 – Alman İmperiyası (İkinci Reyx) elan edilib.

1896 – Rentgen (X-şua) cihazı ilk dəfə Nyu-Yorkda nümayiş etdirilir. Yaradıcısı əvvəlcə ona \”X\” adı ona görə vermişdi ki, şüanın xarakteristikası o zaman fizikaya bəlli deyildi.

1903 – tanınmış Azərbaycan pedaqoqu və təhsil təşkilatçısı Mehdi Mehdizadə anadan olub.

1904 – ABŞ və Böyük Britaniya aktyoruKeri Qrant anadan olub.

1911 – İlk dəfə təyyarə gəminin üzərinə endi. Pilot Eugene B. Ely, San-Françisko limanında olan USS Pennsylvania gəmisinə enmişdir.

1919 – Paris sülh konfransı işə başlayıb. Konfransda dünya dövlətlərinin yeni sərhədləri müəyyən edilib.

1923 – BBC-yə İngiltərədə radio yayımına görə lisenziya verilmişdir.

1926 – Yusif Vəzir Çəmənzəminlinin sovet vətəndaşlığı bərpa edilib.

1926 – \”Knyaz Potyomkin zirehli gəmisi\” filmi ekranlara çıxıb.

1927 – Amerika Senatı Lozan konfransının qərarlarını ratifikasiya etməkdən imtina edib.

1941 – Azərbaycan kinorejissoru Eldar Quliyev anadan olub.

1943 – Sovet ordusu Leninqradın 872 gün davam edən mühasirəsini yarıb.

1947 – aktyor, rejissor Takeşi Kitano anadan olub.

1947 – Azərbaycan xalq artisti, rəqqasə Afaq Məlikova anadan olub.

1955 – aktyor Kevin Kostner anadan olub.

1990 – Erməni silahlı qüvvələri Şərur rayon Kərki kəndi işğal edib.

1990 – 13 yanvarda başlayan Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi (AKP MK) büro iclasları başa çatıb. İclaslarda respublikadakı vəziyyət müzakirə edilib, iştirak edənlər güc tətbiq etmənin zəruri olduğunu bildiriblər. Etiraz edən olmayıb.

1991 – \”Səhrada tufan\” əməliyyatının ardından İraq ordusu Tel Əvivə və Hayfaya Scud raketləri atıb.

1996 – Maykl Cekson ilə Lisa Marie Presleynin iki il davam edən evlilikləri boşanma ilə sona çatmışdır.

2005 – 800 sərnişin tutumlu \”Airbus A380\” təyyarəsi Fransanın Tuluz şəhərində mediaya təqdim edilib.

İnterpress.az