Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Fuad Muradov: "Xarici ölkələrdə Azərbaycan məktəblərinin açılması ilə bağlı planlarımız çoxdur"

"Fransada erməni lobbisinin mütəmadi olaraq Azərbaycanın suverenliyinə göstərdikləri təzyiqləri zərərsizləşdirmək üçün belə bir məktəbin açılması zəruri idi".

Dərc edilib: 24 aprel 2019 [12:37]
Baxış sayı: 4951

İnterPress.az xəbər verir ki, Fransanın Nant şəhərində Azərbaycan məktəbinin açılması barədə danışan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.

Onun sözlərinə görə, Fransada yaşayan Azərbaycan icmaları daha fəaldır: "Birinci Vitse-prezident Mehriban Əliyeva Fransa-Azərbaycan əlaqələrinin inkişafı yolunda böyük töhfələr verib. Nant şəhərində 200-dən çox azərbaycanlı ailəsi yaşayır. Azərbaycan məktəbini oradakı azərbaycanlı icmanın nümayəndələri idarə edirlər. Biz sadəcə olaraq texniki məsələlərdə və mənəvi olaraq onlara yardımçı oluruq.

Fransada fəaliyyətə başlayan Azərbaycan məktəbi ilk analoji məktəb deyil. Ötən il İsveçrənin Bern şəhərində "Qarabağ"adlı ilk məktəbimiz açılıb".

Gələcəkdə digər xarici ölkələrdə də Azərbaycan məktəblərinin açılması haqqında hələ ki, öncədən məlumat vermək istəmirəm. Onu deyə bilərəm ki, bununla bağlı planlarımız çoxdur".

F.Muradov vurğulayıb ki, dünyanın 20-dən çox ölkəsində Azərbaycanın şənbə-bazar məktəbləri fəaliyyət göstərir: "Biz onların fəaliyyətini daha da inkişaf etdirməliyik".

İnterPress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 162