UEFA Avropa Liqasının finalı Rusiyada keçirilə bilərbackend

UEFA Avropa Liqasının finalı Rusiyada keçirilə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, bu barədə Moskva təmsilçsinin kommersiya direktoru Aleksandr Atamanenko TASS-a açıqlamasında bildirib. O, Avropa Liqasının final oyununu keçirməkdə maraqlı olduqlarını deyib. Atamanenko həmçinin arenanın Çempionlar Liqası finalı üçün uyğun olmadığını söyləyib.

Qeyd edək ki, \”Otkrıtiye Arena\” 2014-cü ildən istifadədədir. Stadionun tutumu 45 min 360 nəfərdir. Avropa Liqasında cari mövsümün finalı mayın 29-da Bakı Olimpiya Stadionunda, növbəti il isə Portuqaliyanın Portu şəhərindəki \”Draqau\” stadionunda olacaq.

2021-ci il finalı uğrunda Gürcüstanın Tbilisi (\”Boris Payçadze adına Dinamo Arena\”) və İspaniyanın Sevilya şəhərləri (\”Ramon Sançes Pisxuan\”) mübarizə aparacaq. Qərar isə mayın 29-da UEFA İcraiyyə Komitəsinin Bakıda təşkil olunacaq iclasında açıqlanacaq.

İnterPress.az