Türkiyənin Gürcüstandakı səfirliyi qondarma “erməni soyqırımı” askiyasının iştirakçılarını sülhə çağırıbbackend

Türkiyənin Gürcüstandakı səfirliyi qondarma “erməni soyqırımı” askiyasının iştirakçılarını sülhə çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, aksiyada Gürcüstanın erməni əsilli vətəndaşları və ermənilərin təmsil olunduğu təşkilatların nümayəndələri iştirak ediblər.

İştirakçılar Türkiyə və Gürcüstandan uydurma soyqırımın tanınmasını tələb ediblər.

Aksiyaya paralel olaraq yaxın ərazidə Türkiyə səfirliyinin təşkilatçılığı ilə ötən gün bu ölkədə qeyd olunmuş Milli Suverenlik və Uşaq Bayramı Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir çərçivəsində uşaqların Gürcüstan-Türkiyə dostluğu, Mustafa Kamal Atatürk və sülh mövzusuna həsr etdikləri rəsmləri sərgilənib. Bununla yanaşı gürcü, türk, Azərbaycan, rus və erməni uşaq mahnıları da yüksək səslə səsləndirilib. Tədbir iştirakçıları olan uşaqlara konfetlər, üzərində Türkiyə və Gürcüstan bayraqlarının əks olunduğu ağ şarlar paylanıb.

Mahnılar arasında Azərbaycan bəstəkarı Ağabacı Rzayevanın “Kukla” mahnısı da yer alıb.

Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan bildirib ki, bugünkü tədbir bir neçə ay öncə planlaşdırılıb: “Bu tədbirlə biz hamıya mesaj ötürürük ki, uşaqlar bizim gələcəyimizdir və onlara sülh lazımdır”.

Türkiyə səfirliyinin belə tədbir keçirməsi uydurma “erməni soyqırımı”na həsr olunmuş aksiya iştirakçılarının hiddətinə səbəb olub. Aksiya keçirilən əraziyə çox sayda polis əməkdaşı cəlb olunub, iki aksiya iştirakçıları arasında sədd çəkilib.

İnterPress.az