Sudanda hərbi hakimiyyətə qarşı kütləvi etiraz yürüşü hazırlanırbackend

Sudanda hərbi hakimiyyətə qarşı kütləvi etiraz yürüşü hazırlanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az “İnterfax”a istinadən xəbər verir ki, hərəkatın başında gedənlərdən Sudan Peşəkarlar Assosiasiyasının liderlərindən Əhməd əl-Rəbiyyə bu yöndə çağırış edib.

Paytaxt Xartumda Müdafiə Nazirliyi binasının qarşısında son günlər toplaşan minlərlə etirazçı hakimiyyətin mülki hökumətə təhvil verilməsi tələblərinin yerinə yetirilməyincə dağılışmayacaqlarını bildirirlər.

Aprelin 21-də Hərbi Şuranın hakimiyyəti dərhal mülki hökumətə ötürmək tələbini yerinə yetirmədiyini bildirən hərəkat Şura ilə apardıqları danışıqları dayandırmışdı.

Xatırladaq ki, aprelin 11-də Müdafiə naziri Avad bin Aud ölkəni 1989-cu ildən idarə edən Prezident Ömər əl Bəşiri həbs etdiklərini açıqlamışdı. Bundan sonra yaradılan Həbri Şuranın yeni hökumət yaradılanadək yaxın iki il ərzində ölkəni idarə edəcəyi açıqlanmışdı.

İnterPress.az