İnterPress.az “RT”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Ukrayanda keçirilən prezident seçkisinə dair suala cavab olaraq deyib.
O, Rusiya ilə Ukrayna arasında münasibətlərin gələcəyinin rəsmi Kiyevdən asılı olduğunu söləyib: “Bu Ukraynanın yeni siyasi rəhbərliyinin yürüdəcəyi siyasətdən asılı olacaq. Biz bu münasibətləri bütün istiqamətlərdə bərpa etməyə hazırıq. Ancaq bunu birtərəfli qaydad edə bilmərik”.
Qeyd edək ki, aprelin 21-də Ukraynada prezident seçkisinin ikinci turu keçirilib və Vladimir Zelenski 73,22 faiz, fəaliyyətdə olan Prezident Petro Poroşenko isə 24,45 faiz səs toplayıb.
İnterPress.az