Serj Sarqsyanın qızı işdən çıxarılıbbackend

Serj Sarqsyanın qızı işdən çıxarılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, o, işdən öz istəyi ilə çıxmaqla bağlı ərizə yazıb.

Bildirilib ki, S.Sarqsyan 2016-cı ildə üçüncü övladını dünyaya gətirib və analıq məzuniyyətinə çıxıb. Bu günlərdə onun məzuniyyət müddəti başa çatıb.

Səhiyyə Nazirliyi gələcək fəaliyyəti ilə bağlı S.Sarqsyana müraciət edib. Satenik isə onlara cavab olaraq işdən azad edilməsi barədə ərizə göndərib.

Ermənistanın Səhiyyə naziri Arsen Torosyan onun ərizəsini qəbul edib və sabiq prezidentin qızının işdən çıxarılması barədə əmr imzalayıb.

Qeyd edək ki, Serj Sarqsyanın Anuş və Satenik Sarqsyan adlı iki qızı var.

İnterPress.az