Şri-Lankada Polis Baş müfəttişi istefa veribbackend

Şri-Lankada Polis Baş müfəttişi istefa verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az “Ada Derana”ya istinadən xəbər verir ki, ölkə Prezidenti Maytripala Sirisena ən yaxın vaxtda yeni Baş müfəttişin təyin ediləcəyini bildirib.

Ötən gün Müdafiə Nazirliyi katibi Hemasiri Fernando da vəzifəsindən gedib.

Xatırladaq ki, aprelin 21-də Şri-Lankada törədilən silsilə terror hücumları nəticəsində 359 nəfər həlak olmuş, 500-dək adam da yaralanmışdı. Respublika Prezidenti Polis Baş müfəttişi və Müdafiə Nazirliyi katibi tərəfindən bu kimi hücumların gözlənilməsinə dair xüsusi xidmət qurumlarının məruzəsinin ona təqdim olunmadığını bildirib.

İnterPress.az