“Welcome to Azerbaijan” kitabı işıq üzü görübbackend

“Welcome to Azerbaijan” kitabı işıq üzü görüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəşrin müəllifləri Azərbaycan Dillər Universitetinin (ADU) professorları Məsməxanım Qazıyeva və Sevinc Zeynalova, redaktorları isə Böyük Britaniya vətəndaşı, jurnalist İan Peart və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Səadət İbrahimovadır.

Azərbaycan haqqında müfəssəl məlumat verən kitaba ön sözü ADU-nun rektoru, akademik Kamal Abdullayev yazıb: “Sözün əsl mənasında şimalla cənubun və şərqlə qərbin kəsişməsində yerləşən Azərbaycan, ənənəvi olaraq, bu ölkələrə səyahət edənlərə və burada qalmağa gələnlərə qonaqpərvərlik nümayiş etdirir və onların mədəniyyətlərinə qucaq açaraq onlardan faydalanır. Bu isə Azərbaycanda multikulturalizm ənənəsinə bariz nümunədir. Əhalisi və ərazisi kiçik olmasına baxmayaraq, qarşılaşdığınız mehriban və alicənab insanlarımız, əsrarəngiz təbiətimiz və bir o qədər də zəngin olan mədəniyyətimiz haqqında hər hansı bir məlumat verməyə hər zaman hazırdırlar”.

Kitabda coğrafiya, tarix, siyasi quruluş, iqtisadiyyat, din, mədəniyyət və incəsənət, adət-ənənələr, həyat tərzi, idman və asudə vaxt adlı bölmələri yer alıb.

İnterPress.az