Azərbaycanın Tacikistandan başqa, bütün MDB ölkələri ilə ticarətində idxal ixracı üstələyir – TƏHLİLbackend

Azərbaycanın Tacikistandan başqa, bütün MDB ölkələri ilə ticarətində idxal ixracı üstələyir – TƏHLİL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37,449 mln. dollar və yaxud 4,5% çoxdur.

Hesabat dövründə MDB ölkələri ilə ticarətin 187,788 mln. dolları ixracın, 682,931 mln. dolları isə idxalın payına düşüb. Bu isə illik müqayisədə müvafiq olaraq 4,445 mln. dollar (və yaxud 2,3% az, 41,894 mln. dollar və yaxud 6,5% çoxdur. Son 1 ildə Azərbaycanın MDB ölkələrinə ixracının xüsusi çəkisi 5,7%-dən 4,2%-ə, idxalının xüsusi çəkisi isə 29,3%-dən 21,8%-ə düşüb.

Beləliklə, 2019-cu ilin I rübündə MDB ölkələri ilə xarici ticarət dövriyyəsinin mənfi saldosu 495,142 mln. dollar olub ki, bu da 2018-ci ilin I rübünə nisbətən 46,339 mln. dollar və yaxud 10,3% çoxdur.

Ayrı-ayrı ölkələrə gəlincə, yanvar-mart aylarında Azərbaycan Belarusla 69,591 mln. dollarlıq ticarət edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,648 mln. dollar və yaxud 22% azdır. Bu məbləğin 5,457 mln. dolları ixracın, 64,134 mln. dolları isə idxalın payına düşüb. Nəticədə 58,677 mln. dollarlıq mənfi saldo yaranıb ki, bu da 1 il əvvələ nisbətən 20,219 mln. dollar və yaxud 25,6% azdır.

Hesabat dövründə Azərbaycan Qazaxıstanla isə 67,581 mln.dollarlıq ticarət əməliyyatı həyata keçirib. Bu, illik müqayisədə 9,651 mln. dollar və yaxud 16,7% çoxdur. Bu məbləğin 4,473 mln. dolları ixracın, 63,108 mln. dolları isə idxalın payına düşüb. Nəticədə 58,635 mln. dollarlıq mənfi saldo yaranıb ki, bu da 1 il əvvələ nisbətən 20,505 mln. dollar və yaxud 53,8% çoxdur.

3 ay ərzində Azərbaycan Qırğızıstanla isə 1,542 mln. dollarlıq ticarət edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 807 min dollar və yaxud 2,1 dəfə çoxdur. Bu məbləğin 739 min dolları ixracın, 803 min dolları isə idxalın payına düşüb. Nəticədə 64 min dollarlıq mənfi saldo yaranıb ki, bu da 1 il əvvələ nisbətən 6,8 dəfə çoxdur.

I rübdə Azərbaycan Moldova ilə isə 931 min dollarlıq ticarət əməliyyatı aparıb. Bu, illik müqayisədə 659 min dollar və yaxud 41,4% azdır. Bu məbləğin 96 min dolları ixracın, 835 min dolları isə idxalın payına düşüb. Nəticədə 739 min dollarlıq mənfi saldo yaranıb ki, bu da 1 il əvvələ nisbətən 41,4% azdır.

Yanvar-mart aylarında Azərbaycan Özbəkistanla isə 13,026 mln. dollarlıq ticarət edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,246 mln. dollar və yaxud 67,4% çoxdur. Bu məbləğin 2,156 mln. dolları ixracın, 10,87 mln. dolları isə idxalın payına düşüb. Nəticədə 8,715 mln. dollarlıq mənfi saldo yaranıb ki, bu da 1 il əvvələ nisbətən 3,6 mln. dollar və yaxud 70,4% çoxdur.

Hesabat dövründə Azərbaycan şimal qonşusu Rusiya ilə isə 562,704 mln. dollarlıq ticarət əməliyyatı aparıb. Bu, illik müqayisədə 65,109 mln. dollar və yaxud 13,1% çoxdur. Bu məbləğin 124,981 mln. dolları ixracın, 437,723 mln. dolları idxalın payına düşüb. Nəticədə 372,742 mln. dollarlıq mənfi saldo yaranıb ki, bu da 1 il əvvələ nisbətən 110,337 mln. dollar və yaxud 42% çoxdur.

3 ay ərzində Azərbaycan Ukrayna ilə isə 142,236 mln. dollarlıq ticarət edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,22 mln. dollar və yaxud 2,3% çoxdur. Bu məbləğin 45,485 mln. dolları ixracın, 96,891 mln. dolları isə idxalın payına düşüb. Nəticədə 51,406 mln. dollarlıq mənfi saldo yaranıb ki, bu da 1 il əvvələ nisbətən 17,492 mln. dollar və yaxud 51,6% çoxdur.

I rübdə Azərbaycan Türkmənistanla isə 12,233 mln. dollarlıq ticarət əməliyyatı aparıb. Bu, illik müqayisədə 26,815 mln. dollar və yaxud 68,7% azdır. Bu məbləğin 3,667 mln. dolları ixracın, 8,566 mln. dolları isə idxalın payına düşüb. Nəticədə 4,899 mln. dollarlıq mənfi saldo yaranıb ki, bu da 1 il əvvələ nisbətən 23,985 mln. dollar və yaxud 5,9 dəfə azdır.

Yanvar-mart aylarında Azərbaycanın Tacikistanla isə 735 min dollarlıq ticarət edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 396 min dollar və yaxud 2,2 dəfə çoxdur. Bu məbləğin hamısı ixracın payına düşüb. Yəni, bu il Azərbaycan Tacikistandan heç nə idxal etməyib. Nəticədə 735 min dollarlıq müsbət saldo yaranıb ki, bu da 1 il əvvələ nisbətən 3,2 dəfə çoxdur.

Beləliklə, Azərbaycanın Tacikistandan başqa bütün MDB ölkələri ilə ticarətində idxal ixracı üstələyir. Hesabat dövründə ən çox əməliyyatı Rusiya ilə, ən az əməliyyat isə Tacikistanla aparılıb.

İnterPress.az