Elxan Məmmədov: “Milli komandamızın qapıları Ayaz Quliyevin üzünə açıqdır”backend

Elxan Məmmədov: “Milli komandamızın qapıları Ayaz Quliyevin üzünə açıqdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az \”sportsdaily.ru\” saytına istinadən xəbər verir ki, milli assosiasiya rəsmisi 23 yaşlı yarımmüdafiəçinin atasının azərbaycanlı olduğunu xatırladıb.

O, həmin şəxsi tanıdığını və bir neçə il əvvəl görüşdüklərini söyləyib: \”Həmişə demişik ki, komandamızın qapıları Ayaz Quliyev üçün açıqdır. Bu mövzunu bir neçə dəfə müzakirə etdik. Amma görünən odur ki, o, taleyini Rusiya millisi ilə bağlamaq istəyir\”.

Məmmədov Quliyevin iştirakı ilə baş vermiş son hadisəni də şərh edib: \”Ayaz belə emosional partlayışlara yol verməməlidir. Bu işdə Aleksandr Kokorin və Pavel Mamayevin işi nümunə olmalıdır\”.

Qeyd edək ki, Ayaz Quliyev aprelin 10-da ABŞ vətəndaşı Maykl Kou Con Eli ilə münaqişə edib və onun burnunu qırıb. Nəticədə Moskva təmsilçisi Quliyevi 5 milyon rubl məbləğində cərimələyib.

İnterPress.az