Azad Rəhimov: “Roman Abramoviç bizim adamdır”backend

Azad Rəhimov: “Roman Abramoviç bizim adamdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az \”Sport-Express\”ə istinadən xəbər verir ki, A.Rəhimov hazırda ölkədə \”Formula 1\”in keçirildiyini və tezliklə Avropa Liqasının finalı kimi böyük hadisəyə ev sahibliyi edəcəklərini açıqlayıb.

O, yarımfinalda mübarizəni davam etdirən komandalardan \”Çelsi\”yə azarkeşlik edəcəyini söyləyib: \”Finalda kimi görmək istəyirik? Həlledici oyunda əsla İngiltərə finalı istəmirəm. Hazırkı komandalardan \”Çelsi\”yə azarkeşlik edəcəyəm. Hər halda Roman Abramoviç bizim adamdır\”.

Nazir \”İngiltərəli azarkeşlərdən qorxursunuz?\” sualını isə belə cavablandırıb: \”Bilirəm ki, onlara xeyli pivə lazım olacaq. Amma biz hazırıq. Bütün pivə zavodları tam gücü ilə işləyir. Amma onların nəyisə dağıdacaqlarını düşünmürəm. Çünki başqa yerlərdə də dağıtmayıblar\”.

Qeyd edək ki, Avropa Liqasının yarımfinalında \”Arsenal\” (İngiltərə) – \”Valensiya\” (İspaniya) və \”Ayntraxt\” (Almaniya) – \”Çelsi\” (İngiltərə) cütləri üz-üzə gələcək. Görüşlər mayın 2-də və 9-da keçiriləcək. Final matçı isə mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.

İnterPress.az