Şri-Lankada terror dalğası səngimək bilmir – YENİLƏNİBbackend

Şri-Lankada terror dalğası səngimək bilmir – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu haqda Reuters yerli hərbi rəsmilərə istinadən məlumat yayıb.

Bundan əvvəl anti-terror əməliyyatının gedişində cəmi dörd ekstrimist və bir dinc sakinin öldüyü xəbər verilirdi.

“Lenta.ru”nun yazdığına görə, aprelin 26-da hərbçilər ekstrimistlərin Kalmunay (Senthamarudu rayonu) şəhərində yerləşən anbarını ələ keçirməyə çalışıb. Yaşanan atışmanın gedişində bir neçə ekstrimist intihar partlayışı həyata keçirib.

Əməliyyat zamanı təhlükəsizlik xidmətinin əməkdaşları İŞİD qruplaşmasına aid simvolları daşıyan geyim və bayraqlar aşkarlayıb. Bundan başqa partlayıcı qurğu, 100 min metal detal, dronlar və azı bir partlayıcı kəmər aşkarlayıb.

Xatırladaq ki, aprelin 21-də Şri-Lankanın kilsə və otellərində və digər şəhərkənarı ərazilərində bir-birinin ardınca səkkiz partlayış baş verib.

Bundan əvvəl 321 nəfərin öldüyü və 520 nəfərin yaralandığı bildirilirdi. Ancaq sonradan yerli orqanların hesablamaları düzgün aparmadığı ortaya çıxdı, itki sayının 221 olduğu bildirildi.

26 aprel, 23:40

Şri-Lankanın şərqində yerləşən Kalmunay şəhərində 3 partlayış baş verib.

İzvestiya.ru-nun məlumatına görə, insidentin təfərrüatı açıqlanmayıb, ölən və yaralananlar barədə məlumat verilmir.

Şri-Lankanın hərbi dəniz qüvvələri Kolombo şəhəri ətrafındakı dəmir yolu stansiyası yaxınlığında üzərində 1 kiloqram partlayıcı maddə olan 3 nəfəri həbs edib.

Daha öncə ölkə hakimiyyəti aprelin 26-da məscidlərdə partlayışın ola biləcəyi barədə xəbərdarlıq etmişdi. Partlayış törədiləcəyi barədə təhdidlər sosial şəbəkələrdə yayılmışdı.

Xatırladaq ki, Şri-Lankada aprelin 22-də Pasxa bayramı qeyd edilərkən ard-arda səkkiz partlayış baş verib. Növbəti iki gündə isə iki partlayış qeydə alınıb. Hadisələr zamanı yüzlərlə insan xəsarət alıb. Terror aktlarında 30 ölkənin vətəndaşı ölüb.

İnterPress.Az