Aktrisa Mehriban Xanlarova qəzaya düşüb – YENİLƏNİBbackend

Aktrisa Mehriban Xanlarova qəzaya düşüb – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az-ın verdiyi xəbərə görə, yol qəzasında M.Xanlarovadan başqa daha iki nəfər – aktrisanın rəfiqəsi, 1958-ci il təvəllüdlü Əliyeva Solmaz Kamal qızı və 4 yaşlı Əsgərzadə Sevda Tariyel qızı xəsarət alıb.

Yaralılar 1 saylı Xəstəxanaya yerləşdirilib. Ayağı sınan aktrisaya və azyaşlıya lazımi tibbi yardım göstərildikdən sonra hər ikisi evə buraxılıb.

Hadisənin təfərrüatları Baş Dövlət Yol Polis İdarəsi tərəfindən araşdırılır.

***

Saat 21:37

Aktrisa Mehriban Xanlarova yol qəzası keçirib.

İnterPress.Az-ın xəbərinə görə, hadisə Bakının Qaradağ rayonu, Səngəçal qəsəbəsində baş verib.

Hadisə nəticəsində aktrisanın ayağı sınıb. Onun yanında sərnişin qismində rəfiqəsi də olub, həmin qadın isə kəllə-beyin travması alıb.

Hər iki yaralı özəl xəstəxanaların birinə yerləşdirilib.

Avtoqəzanın təfərrüatları araşdırılır.(ona)

İnterPress.Az