Abbasov çempion oldu – VİDEObackend

Abbasov çempion oldu – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az xəbər verir ki, idmançımız “Fight Night Global” təşkilatının çempionu adına yiyələnib.

Nəriman bu uğuru Rusiyanın Mıtişi şəhərində keçirilən turnirdə rəsmiləşdirib.

Belə ki, “Fight Night Global93” çərçivəsində baş tutan döyüş gecəsində yüngül çəki dərəcəsində vakant olan çempionluq kəməri uğrunda görüş baş tutub. Abbasov titul döyüşündə digər iddiaçı – Qazaxıstan təmsilçisi Kuat Hamitovla üz-üzə gəlib. Gərgin keçən beş raundluq döyüşdə qalibi hakimlər müəyyənləşdiriblər.

Daha fəal döyüşən Nəriman qalib gəlib – 48:47, 47:47, 48:47. Bu qələbə idmançımıza çempionluq kəməri qazandırıb.

Xatırladaq ki, peşəkarlar arasında 27-ci döyüşünü keçirən idmançımız 24-cü qələbəsini qazanıb.

İnterPress.Az