Mövlud Çavuşoğlu İraqa səfər edəcəkbackend

Mövlud Çavuşoğlu İraqa səfər edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az Türkiyənin Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, səfər çərçivəsində M.Çavuşoğlu İraqın hökumət rəsmiləri və yerli hakimiyyət nümayəndələri ilə görüşlər keçirəcək.

Bildirilir ki, səfər zamanı Türkiyə və İraq arasında ikitərəfli əlaqələrin bütün aspektləri, terrorizmlə mübarizə, İraqın bərpası və bir sıra regional məsələlər müzakirə ediləcək. Həmçinin Çavuşoğlu İraqda yaşayan türkmən icmasının nümayəndələri ilə də görüşəcək.

İnterPress.Az