“Uilyams”ın nümayəndəsi: “Qəzaya görə heç kimi günahlandırmıram”backend

“Uilyams”ın nümayəndəsi: “Qəzaya görə heç kimi günahlandırmıram”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az-ın məlumatına görə, bunu “Formula-1” üzrə “Uilyams” komandasının nümayəndəsi Kler Uilyams deyib.

Bakıda keçirilən “Formula-1” üzrə Azərbaycan Qran-prisində iştirak edən komandanın rəsmisi dünən baş tutan birinci sərbəst yürüş zamanı yaşanan qəza barədə danışıb: “Buna görə heç kimi günahlandırmıram, amma yenə də məyusedici haldır. Şassinin gövdəsində və alt hissəsində müəyyən zədələr var”.
K.Uilyams komandasının üzləşdiyi çətinliklərdən də bəhs edib: “Bu yarış həftəsonu üçün gözləntilərim çox idi, daha sonra məlum olduğu kimi qəza ilə üzləşdik. Ancaq buna görə çox da narahat deyiləm, yarışda hər şey baş verə bilər. Petrikin komandaya qoşulması bizim üçün önəmlidir. O, hal-hazırda komandanın mühəndislərinə bir növ yol göstərir”.

Qeyd edək ki, birinci sərbəst yürüş zamanı Corc Rossellin idarə etdiyi “Uilyams” kanalizasiya qapağının yaxşı bərkidilməmiş hissəsinə çıxaraq şassisini zədələyib. Bu səbəbdən pilot çıxışını başa vurub və günün ikinci sərbəst yürüşünə də qatıla bilməyib.

İnterPress.Az