Azad Rəhimov: “Bakıda KHL oyunlarına ev sahibliyi etmək maraqlı olardı”backend

Azad Rəhimov: “Bakıda KHL oyunlarına ev sahibliyi etmək maraqlı olardı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az \”Matchtv.ru\” saytına istinadən xəbər verir ki, o, buz idmanları ilə bağlı hər şeyin ölkə üçün ümidverici sayıldığını bildirib.

Nazir məktəbdə oxuduğu müddətdə hokkeyi xoşladığını, indi isə belə yarışları az izlədiyini söyləyib.

Rəhimov KHL-i Azərbaycana gətirmək istərdinizmi? sualına isə belə cavab verib: \”Təbii ki, biz bu istiqamətdə hərəkət etməyə başlasaq, böyük bir buz sarayının qurulmasından sonra Bakıda KHL oyunlarına ev sahibliyi etmək maraqlı olardı. Biz idman ölkəsiyik və buna görə maraqlanmayacağımız idman yoxdur. Hokkey həqiqətən gəncləri həyəcanlandırır\”.

Nazir son olaraq Azərbaycanın KHL klubunun yaradılmasında çox maraqlı olduğunu vurğulayıb: \”Ən azından KHL-in bir final matçını Bakıda keçirmək olar\”.

İnterPress.Az