Türkiyədə futbolçular qəzaya düşdü: Ölən və yaralananlar var – VİDEObackend

Türkiyədə futbolçular qəzaya düşdü: Ölən və yaralananlar var – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Haber7.com xəbər verir ki, hadisə Super Liqa çərçivəsində Kayserinin “Kayserispor” klubu ilə oyundan qayıdan zaman baş verib.

Hadisə zamanı “Alanyaspor”un 7 futbolçusu – Caulker, Dlajma, Baiano, Cisse, Uelinton, Sakey və Cozef Sural ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Cozef Sural xəstəxanaya çatdırılarkən yolda keçinib. Digər futbolçuların xəstəxanada müalicəsini davam etdirdiyi bildirilir.

Antalya-Alanya magistralında baş verən qəzanın sürücünün yuxulamasının səbəb olduğu açıqlanıb. Sürücü həbs olunub.

Qeyd edək ki, “Kayserispor” – “Alanyaspor” qarşılaşması 1-1 hesabı ilə başa çatıb.

İnterPress.Az