Şri-Lankada yeni terror hücumları təhlükəsi barədə xəbərdarlıq edilibbackend

Şri-Lankada yeni terror hücumları təhlükəsi barədə xəbərdarlıq edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az Rusiya KİV-inə istinadən xəbər verir ki, məlumatda silahlıların yeni hücumlarının hədəfinin adadakı buddist məbədlərinin ola biləcəyi göstərilib.

Qeyd olunur ki, aprelin 21-də baş vermiş partlayışlardan sonra polis silsilə antiterror reydləri keçirib. Polis yoxlama apardığı evlərdən birində qadın geyim anbarı aşkar edib. Bu, terrorçuların növbəti hücumlar üçün qadın terrorçu-kamikadzelərdən istifadə edəcəyi ehtimalını irəli sürməyə şərait yaradıb.

Bununla yanaşı, bu gündən üzü bağlayan paltar geyinmək qadağası qüvvəyə minib. Qadağa şəxsin üzünü bağlayan və onun şəxsiyyətini müəyyənləşdirməyə mane olan hər cür geyim və baş geyiminə aiddir. Qeyd olunur ki, hökumət təhlükəsizlik məqsədləri üçün belə addım atıb.

Xatırladaq ki, aprelin 21-də Şri-Lankada 8 partlayış olub və terror qurbanlarının sayı son məlumatlara görə, 359 nəfərə çatıb.

İŞİD terror qruplaşması terror hücumlarına görə məsuliyyəti üzərinə götürsə də, buna dair heç bir sübut təqdim etməyib.

İnterPress.Az