“Qarabağ” Qurban Qurbanovun rəhbərliyi altında 200-cü qələbəsini qazanıbbackend

“Qarabağ” Qurban Qurbanovun rəhbərliyi altında 200-cü qələbəsini qazanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Qarabağ” klubu “Zirə” ilə səfər oyununda baş məşqçisi Qurban Qurbanovun rəhbərliyi altında 200-cü çempionat qələbəsini qazanıb.

2008-ci ildən Ağdam komandasına rəhbərlik edən 47 yaşlı mütəxəsis 11 ildə komandasını Premyer Liqada 340 oyuna çıxarıb. Bunların 200-də qələbə qazanan komanda 84 heç-heçə edib və 56 dəfə uduzub. Qurban Qurbanovun \”Neftçi\”dəki fəaliyyət dövrü də nəzərə alınmaqla, Premyer Liqa karyerasındakı ümumi qələbə sayı 218-dir.

“Sumqayıt” klubu isə Azərbaycan çempionatlarında yubiley oyununu keçirib. Səfərdə \”Neftçi\”ni 3:2 hesabı ilə məğlub etdikləri oyun “gənclik şəhəri” təmsilçisinin 250-ci matçı olub. Bu görüşlərdən 124-ü evdə, 126-sı səfərdə keçirilib. Bu müddətdə 62 qələbə qazanan komanda 66 heç-heçə edib və 122 dəfə uduzub. 239 qol vuran sumqayıtlılar 364 top buraxıb.

“Neftçi” isə Azərbaycan çempionatlarında 600-cü qolunu buraxıb. “Sumqayıt”a 2:3 hesabı ilə uduzan Bakı klubunun buraxdığı son top xoş olmayan yubiley xarakteri daşıyıb. 1992-ci ildən bütün ölkə çempionatlarında iştirak edən bakılılar 775 matçda bu qədər qola üzülüb. Bunlardan 259-u evdə, 327-si səfərdə, 14-ü neytral meydanda qeydə alınıb.

Qeyd edək ki, ölkə çempionatında ən çox qol buraxan komanda “Turan”dır – 690 top. “Sumqayıt” isə Premyer Liqada 250 və daha çox oyun keçirən 17-ci klubdur.

İnterPress.Az