Göygöldə yol qəzasında ölənlərin sayı 8 nəfərə çatıb – YENİLƏNİBbackend

Göygöldə yol qəzasında ölənlərin sayı 8 nəfərə çatıb – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Göygöl rayonunda ağır yol qəzası nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.

İnterPress.Az-ın məlumatına görə, onlardan 2-si uşaq, 4-ü qadın, 2-si isə kişidir.

*** 12:47

İnterPress.Az-ın məlumatına görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, \”VAZ-2106\” və \”VAZ-2107\” markalı minik avtomobilləri toqquşub. Nəticədə biri qadın, ikisi kişi olmaqla üç nəfər hadisə yerində olub, bir uşaq isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Qəzada xəsarət alanların olduğu da bildirilir.

Faktla bağlı araşdırma aparılır.(report)

İnterPress.Az