Aleksandr Lukaşenko: ATƏT Dağlıq Qarabağ münaqişəsinə göz yummamalıdırbackend

Aleksandr Lukaşenko: ATƏT Dağlıq Qarabağ münaqişəsinə göz yummamalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az RİA \”Novosti”yə istinadən xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko ATƏT PA sədri Giorgi Tsereteli ilə görüşü zamanı bildirib.

“Həll ediləcək xeyli problemlər yğılıb qalıb – Dağlıq Qarabağ, Transnistru, indi də Ukraynada çox ciddi münaqişə mövcuddur. Bu məsələlərə biganə olduğu üçün ATƏT-i çox vaxt tənqid edirəm, hərçənd bütün bunlar Avropada təhlükəsizliklə bağlı təşkilat olan ATƏT-in birbaşa səlahiyyətinə aiddir”, – Belarus Prezidenti deyib.

O, regiondakı problemləri müzakirə edib mövcud vəziyyətə çarə qılmaq üçün ATƏT-ə üzv olan ölkələrin dövlət başçıları arasında 1999-cu ildən sonra görüş keçirilmədiyini vurğulayıb.

İnterPress.Az