Azərbaycan idmançıları Dünya Kubokunda üçüncü qızıl medalını qazanıbbackend

Azərbaycan idmançıları Dünya Kubokunda üçüncü qızıl medalını qazanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az-ın məlumatına görə, 107 kq-dan yuxarı çəki dərəcəsində yarışan idmançı 215 kq-lıq ağırlığı qaldıraraq bütün rəqiblərini qabaqlayıb.

Eyni çəki dərəcəsində ikinci yerə 215 kiloqramlıq nəticə ilə Səudiyyə Ərəbistanı təmsilçisi Əl Najim Xalid sahib olub. Lakin onun bədən çəkisi daha yuxarı olduğu üçün birinci yerə Aslanov layiq görülüb. Üçüncü yeri isə 208 kq çəki ilə gürcüstanlı Akaki Cintçaradze tutub.

Qeyd edək ki, bir neçə gün öncə eyni yarışda 49 kq-da Pərvin Məmmədov qızıl medala layiq görülüb. Ötən gün isə Elşən Hüseynov (107 kq) qızıl, Nurlan Babacanov (97 kq) isə bürünc medala yiyələnib. Bu qələbə ilə idmançılar \”Tokio 2020\” XVI Yay Paralimpiya Oyunlarında iştirak şanslarını artırıblar.

İnterPress.Az