SOCAR-la “Petronas” arasında əməkdaşlığın inkişafı müzakirə edilibbackend

SOCAR-la “Petronas” arasında əməkdaşlığın inkişafı müzakirə edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az SOCAR-a istinadən xəbər verir ki, SOCAR-ın prezidenti qonaqları “Mercedes-AMG Petronas Motorsport” komandasının “Formula 1 SOCAR Azərbaycan Qran Pri”sində uğur qazanması münasibəti ilə təbrik edib. “Petronas” şirkətinin rəhbərliyi “Formula 1 SOCAR Azərbaycan Qran Pri”sinin hər il yüksək səviyyədə keçirildiyini qeyd edərək minnətdarlığını bildiriblər.

Görüşdə SOCAR və “Petronas” arasında mövcud tərəfdaşlıq məsələləri müzakirə olunub, o cümlədən, “Şahdəniz” layihəsinin yüksək səviyyədə inkişaf etdirilməsi ilə bağlı məlumat verilib. Bildirilib ki, “Şahdəniz” yatağının işənməsinin ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin digər seqmentləri üzrə işlər tam sürətlə, bəzən hətta qrafiki qabaqlamaqla yerinə yetirilir.

Şirkətlər arasında hasilat, satış və digər sahələrdə əməkdaşlıq perspektivlərinin müzakirə edildiyi görüşdə qeyd olunub ki, maraq doğuran müxtəlif sahələrdə tərəfdaşlıq imkanlarının dəqiqləşdirilməsi aparılacaq. Tan Sri Van Zulkifli Van Ariffin bu cür yüksək səviyyəli görüşlərin faydalı olduğunu bildirib, gələcəkdə Bakıda və Malaziyada növbəti görüşlərin keçirilməsi ilə bağlı fikirlərini bölüşüb.

Xatırladaq ki, Malayziyanın “Petronas” şirkəti “Şahdəniz” yatağının işlənməsi layihəsində 15,5%, Cənubi Qafqaz boru kəməri layihəsində 15,5%, həmçinin “Azerbaijan Gas Supply Company” şirkətində 12,4% pay sahibidir.

İnterPress.Az