Biləsuvarda keçmiş məhkumlar avtomobildə külli miqdarda narkotiklə saxlanılıbbackend

Biləsuvarda keçmiş məhkumlar avtomobildə külli miqdarda narkotiklə saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında Biləsuvar rayonunun Günəşli kənd sakini, əvvəllər məhkum olunmuş Bəhruz Həsənov və həmkəndlisi, əvvəllər məhkum olunmuş Xalid Cəbrayılov B.Həsənovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillə saxlanılıb. Saxlanılarkən X.Cəbrayılovun üzərinə keçirilən baxış zamanı 11 726 qram narkotik vasitə olan heroin, avtomobildən isə 1 kiloqram 105 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Onlar narkotik vasitəni şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşından əldə etdiklərini bildiriblər

Faktla bağlı araşdırma aparılır

İnterPress.Az