Nikola Yurçeviç: “Qalan iki turda hər şey ola bilər”backend

Nikola Yurçeviç: “Qalan iki turda hər şey ola bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu \”Report\”a futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç Premyer Liqada cari mövsümün baş çatmasına 2 tur qalmış vəziyyəti dəyərləndirərkən deyib.

Xorvatiyalı mütəxəssisin sözlərinə görə, XXVI turda \”Neftçi\” evdə \”Sumqayıt\”a 2:3 hesabı ilə uduzandan sonra lider \”Qarabağ\”la aradakı xal fərqi 5-ə yüksəlsə də, paytaxt klubunun çempionluq şansı yenə də qalır.

Qeyd edək ki, \”Qarabağ\” hazırda 60 xalla liderdir. \”Neftçi\” isə rəqibindən 5 xal geri qalır. Ağdam təmsilçisi növbəti turda evdə \”Səbail\”, \”Neftçi\” isə səfərdə \”Qəbələ\” ilə üz-üzə gələcək. Sonuncu turda isə flaqman \”Qarabağ\”ı qəbul edəcək. Qurban Qurbanovun baş məşqçi olduğu kollektivə ardıcıl 6-cı çempionluq üçün cəmi 1 qələbə lazımdır.

İnterPress.Az