Ermənistanda polis əməkdaşı rüşvət aldığı yerdə həbs olunub – VİDEObackend

Ermənistanda polis əməkdaşı rüşvət aldığı yerdə həbs olunub – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Xidmətinin Mətbuat xidmətindən bildiriblər.

Adı açıqlanmayan polis əməkdaşı vətəndaşlardan davamlı olaraq şantaj və qısnama vasitəsilə rüşvət tələb edib və alıb. İnformasiya yoxlanılaraq təsdiqlənib. Polis əməkdaşı 2017-ci ilin iyunundan 2019-cu il aprelin 26-dək 4 milyon 265 min 800 dram (8 min 864 dollar) məbləğində rüşvət alıb. Sonuncu dəfə o, rüşvət alarkən tutulub.

Polis əməkdaşı rüşvət almaq və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Onun barəsində həbs qətimkan tədbiri seçilib.

İnterPress.Az