Azərbaycandakı diplomatik nümayəndəliklərin rəhbərlərinin Qazax və Tovuza səfəri başlayıbbackend

Azərbaycandakı diplomatik nümayəndəliklərin rəhbərlərinin Qazax və Tovuza səfəri başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Səfəri XİN təşkil edib. Məqsəd ölkəmizin regionlarının inkişafı və bu xüsusda, bölgələrdə həyata keçirilən sosial və iqtisadi layihələr, habelə turizmin inkişafı ilə yerində tanış olmaqdır.

Səfər çərçivəsində diplomatlar Qazax rayonunda “Damcılı” mağarası, Qazax Sement Zavodu, Şəhidlər xiyabanı, Qazax Müəllimlər Seminariyası və Tarixi Cümə Məscidi, “Saloğlu” mebel fabriki, eləcə də Ədəbiyyat Muzeyi və Tarix Diyarşünaslıq Muzeyi ilə tanış olacaqlar.

Eyni zamanda, diplomatlar Tovuz rayonunda Heydər Əliyev adına mədəniyyət və istirahət parkı, “Göytəpə” qədim yaşayış məskəni və “Tovuz Baltiya LTD” konyak klubu ilə tanış olacaqlar.

Səfər mayın 1-də başa çatacaq.

İnterPress.Az