Almaniyanın Ər-Riyada silah tədarükü qadağasına görə “Airbus”ın gəlirləri azalıbbackend

Almaniyanın Ər-Riyada silah tədarükü qadağasına görə “Airbus”ın gəlirləri azalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az TASS-a istinadən xəbər verir ki, bunu şirkətin 2019-cu ilin birinci rübü üzrə dərc etdiyi maliyyə məlumatlarından görmək olar.

Ümumilikdə \”Airbus\” şirkətinin xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 86% azalıb və 40 milyon avro təşkil edib. Azalma maliyyə baxımından 368 milyon avroya bərabər olub. O cümlədən, Səudiyyə Ərəbistanına çatdırılmaların qadağan edilməsi 190 milyon avro məbləğində gəlir itkisinə səbəb olub.

Qeyd edək ki, Berlin martda Səudiyyə Ərəbistanının Yəməndə silahlı qarşıdurmalarda iştirakı ilə əlaqədar bu ölkəyə daha əvvəldən də tətbiq etdiyi silah tədarükü embarqosunun müddətinin 6 ay müddətinə uzadıldığını açıqlayıb. Bura \”Airbus\” korporasiyası tərəfindən istehsal edilən müxtəlif avadanlıq üçün komponentlər də daxil olub.

İnterPress.Az