Rusiya apreldə də OPEC+ sazişini yerinə yetirməyibbackend

Rusiya apreldə də OPEC+ sazişini yerinə yetirməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az-ın “İnterfax”a istinadən verdiyi məlumata görə, bununla da Rusiya OPEC+ sazişinin şərtlərini yerinə yetirməmiş olub.

OPEC+ razılaşmasına əsasən, Rusiya gündəlik neft hasilatını 2018-ci ilin oktyabr ayı səviyyəsindən (11,4 mln. barel) 228 min barel azaltmalıdır. Apreldə isə Rusiya neft hasilatını 2018-ci ilin oktyabr ayına nisbətdə 170 min barel/gün azaldıb. Beləliklə, Rusiya OPEC+ sazişini yerinə yetirmək üçün hasilatı gündəlik olaraq daha 58 min barel azaltmalıdır.

Bundan bir qədər öncə Rusiyanın energetika naziri Aleksandr Novak bildirib ki, Rusiya OPEC+ tərəfindən müəyyən edilmiş hasilat göstəricilərinə martın sonunda – aprelin əvvəlində çıxa biləcək. Aprelin əvvəlində hasilat kəskin azalıb, ancaq ayın ortalarında isə düşmə templəri stabilləşdirilib.

Neft istehsalının azalmasını Rusiyanın demək olar bütün neft şirkətləri təmin edirlər.

İnterPress.Az