“Azərxalça”nın yığılmış zərəri 5 milyon manata yaxınlaşıbbackend

“Azərxalça”nın yığılmış zərəri 5 milyon manata yaxınlaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 75,8% çoxdur.

2018-ci ildə “Azərxalça”nın uzunmüddətli aktivləri 3,2 dəfə artaraq 50,657 milyon manata çatıb, cari aktivləri isə 4,2% azalaraq 27,687 milyon manata düşüb.

İl ərzində səhmdar cəmiyyətin cəmi öhdəlikləri 86,7% artaraq 199 min manat, cəmi kapitalı isə 75,8% artaraq 78,144 milyon manat olub.

Ötən il “Azərxalça”nın satışdan gəliri 424 min manat (əvvəlki ilə nisbətən 6,8 dəfə çox), satışının maya dəyəri 540 min manat (5 dəfə çox), satış və paylanma xərcləri 90 min manat (40,6% çox), inzibati və əməliyyat xərcləri 1,344 milyon manat (49% çox), amortizasiya və köhnəlmə xərcləri 2,57 milyon manat (30,4 dəfə çox), faiz gəliri 108 min manat (76,1% az), mənfəət vergisi ödəmələri isə 144 min manat (əvvəlki il qənaət edib) təşkil edib. Son nəticədə şirkət 2018-ci ili 4,155 milyon manat zərərlə başa vurub. Bu, 2017-ci illə müqayisədə 7,3 dəfə çoxdur. Beləliklə, \”Azərxalça\”nın yığılmış zərəri 4,835 milyon manata çatıb.

Xatırladaq ki, “Azərxalça” ölkə prezidentinin sərəncamı ilə 5 may 2016-cı ilə yaradılıb. Onun nizamnamə kapitalı 15 milyon manatdır.

2018-ci ildə “Azərxalça”nın işçilərinin sayı 691 nəfər və yaxud 87,8% artaraq 1 478-ə çatıb.

İnterPress.Az