Bakıda iki avtomobil toqquşdu: yaralı var – VİDEObackend

Bakıda iki avtomobil toqquşdu: yaralı var – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəza Nizami və Zorge küçələrinin kəsişməsində qeydə alınıb. Zorge küçəsi ilə hərəkətdə olan “Mercedes” markalı maşının sürücüsü Nağdəliyev Elçin Bayram oğlu yol nişanının tələbini pozaraq Nizami küçəsilə hərəkət edən “Kia” markalı minik avtomobilin yoluna çıxıb, hər iki maşın toqquşub.

Qəza zamanı “Kia” markalı avtomobilin sürücüsü Şamilov Sadiq Elxan oğlu yüngül xəsarət alıb, avtomobillər isə deformasiyaya uğrayıb.

Faktla bağlı araşdırma aparılır.

İnterPress.Az