Gürcüstan Prezidenti Azərbaycanla sərhədin müəyyən olunması ilə bağlı yeni bəyanat veribbackend

Gürcüstan Prezidenti Azərbaycanla sərhədin müəyyən olunması ilə bağlı yeni bəyanat verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili “Amerikanın səsi” radiosunun gürcü dili redaksiyasına müsahibəsində deyib.

Onun sözlərinə görə, Gürcüstanın bu məsələ ilə bağlı təsəvvürü var: “Lakin mən detalları açıqlamayacağam. Sovet ittifaqının sonuna yaxın 38-ci ilin xəritələrinə əsasən inzibati sərhəd olan sərhəd mövcud idi. O zamandan sonra yeni xəritələr olmayıb. Hüquqi prinsiplərdən çıxış edərək bu, adi qərardır. Daha sonra bu barədə razılığa gəlmək olar. Yekun olaraq mövqe elə də kəskin olmur, lakin bu, bizim ilkin mövqeyimizdir və bizim dostlarımıza məlumdur”.

S.Zurabişvili həmçinin Keşikçi Dağı (David Qareci) məbədinə ziyarətinə də aydınlıq gətirib: “Yeni bir şeyin baş verdiyini demək düzgün deyil. Mən məbədi əvvəllər də ziyarət etmişəm. Tarixi düşüncəli vətənpərvər olduqlarını iddia edən şəxslərin məbədə ziyarətimi müəyyən təxribatın tərkib hissəsi olduğunu bildirmələrinə çox təəccüblənirəm. Prezident ölkədə olan hər hansı bir yerə səfər etməməlidir? Bəzi reaksiyalara çox təəccüblənirəm”.(report)

İnterPress.Az