Gürcüstan DİN başçısı: “Azərbaycanla sərhədin demarkasiyası ilə bağlı razılığın əldə olunacağına əminik”backend

Gürcüstan DİN başçısı: “Azərbaycanla sərhədin demarkasiyası ilə bağlı razılığın əldə olunacağına əminik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər naziri Giorgi Qaxaria jurnalistlərə bildirib.

Onun sözlərinə görə, sərhədin müəyyən olunması məsələsində mədəni irs və kilsənin də maraqları nəzərə alınacaq: “Keşikçi Dağı Məbəd-Kompleksi olduqca həssas mövzudur. Sərhədlərin demarkasiyasını qısa zaman ərzində başa çatdırmalıyıq”.

G.Qaxaria məbəd mövzusu ətrafında spekulyasiya edən və etnik düşmənçiliyi təşviq etməyə çalışan şəxsləri olduqca ehtiyatlı olmağa çağırıb.(report)

İnterPress.Az