Pakistan vətəndaşı Azərbaycana gizli yolla narkotik keçirtmək istədibackend

Pakistan vətəndaşı Azərbaycana gizli yolla narkotik keçirtmək istədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Komitədən verilən məlumata görə, avtobusda olan sərnişin Pakistan vətəndaşı Shah Nasrat Yar Mat oğlunun əl yükünə rentgen aparatı ilə baxış keçirilərkən rəngli fonda şübhəli cizgilər müşahidə edilib.

Yoxlama zamanı 1 ədəd qara və 1 ədəd qəhvəyi rəngli çamadanların hər birinin daşınması üçün nəzərdə tutulan metal tutacaqların içərisindən ayrı-ayrılıqda 438 qram olan, ümumilikdə 876 qram narkotik vasitə-heroin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

İnterPress.Az